Yunan gəncləri Azərbaycan haqqında nə bilir?
27 aprel 2011 10:57 (UTC +04:00)

Yunan gəncləri Azərbaycan haqqında nə bilir?

Müsabiqədə Yunanıstanın İndianapolis Universitetinin Afina filialının, Afina, İoannina və Salonikinin Aristotel universitetlərinin tələbələri iştirak edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə qalib gəlmiş yunan tələbələr hazırda Bakıdadırlar. Yunanıstan nümayəndə heyətinə İnianapolis Uinversitetinin Afina filialının prezidenti Vasilis John Botopoulos və həmin universitetin akademik məsələlər üzrə prorektoru Sousana Michailidou rəhbərlik edir.


Nümayəndə heyəti səfər müddətində gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, eyni zamanda mükafatlandırılacaqlar. Bununla bərabər gənclər Xəzər və Slavyan universitetlərinin Yunanıstan kafedrasında da görüşdə olacaqlar.


Azərbaycan tarixi ilə daha yaxından tanış olmaq məqsədi ilə qonaqlar Tarix muzeyi, İçəri şəhər (Qız Qalası, Şirvanşahlar Sarayı), Qobustan tarixi-etnoqrafik və bədii qoruğu, Lətif Kərimov adına Dövlət Xalçaçılıq Muzeyi və Bakıda fəaliyyət göstərən Sinaqoq, Kilsə, Məsciddə olacaqlar.

Gənclərin Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmələri də nəzərdə tutulub.

Səfər çərçivəsində yunanıstanlı gənclər Azərbaycanın səfalı guşələri olan Quba və Qusar rayonlarına ekskursiyaya gedəcəklər.

Mətbuat xidmətindən onu da bildiriblər ki, “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsi hazırda bir neçə ölkədə də keçirilməkdədir. Misirdə təşkil edilmiş müsabiqənin qalibləri artıq bəllidir. Malayziya, Özbəkistan, Avstriya, və Qazaxıstanda isə müsabiqələr davam etməkdədir. Müsabiqələrin may ayında yekunlaşacağı və qaliblərin yay aylarında Azərbaycana səfər ediləcəkləri nəzərdə tutulur.



Xəyalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar