"Piyadalar, diqqətli olun!" adlı piyada həftəliyi keçiriləcək
25 aprel 2011 17:59 (UTC +04:00)

"Piyadalar, diqqətli olun!" adlı piyada həftəliyi keçiriləcək

Azərbaycanda "Piyadalar, diqqətli olun!" şərti adı altında piyadaların maarifləndirilməsi həftəliyi keçiriləcək. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Kamran Əliyevin Lent.az-a verdiyi məlumata görə, təhlükəsizlik həftəsi mayın 1-dən 7-dək keçiriləcək.

Təhlükəsizlik həftəliyi ərzində xidməti ərazilərdə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarını pozmasının qarşısını almaq məqsədi ilə reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı yüksəltmək, həmçinin, təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub.


Həftəlik çərçivəsində bir sıra tədbirlər keçiriləcək və bütün respublikanı əhatə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar