![Müəllimlər üçün yaş senzi qoyulacaq](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Müəllimlər üçün yaş senzi qoyulacaq
“Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması” barədə sərəncamın icrasından sonra əmək fəaliyyəti ilə məşğul olan müəllimlər üçün yaş senzi qoyula bilər.
Bu açıqlamanı APA-ya Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov verib. Onun sözlərinə görə, hazırda prezidentin bu sərəncamının icrası üçün hazırlıq işləri aparılır. Bu konsepsiyanın hazırlanması üzərində böyük bir komissiya işləyəcək: “Bu, müəllimlərin maaşların artırılmasına, təqaüdə gedərkən onların sosial vəziyyətinin yaxşılaşdırılmasına təkan verəcək. Bu gün ali təhsil müəssisələrində çalışan professorlar təqaüdə göndərilsə, onlar 150-200 manat arasında təqaüd alacaqlar. Ona görə onların çoxunu təqaüdə göndərə bilmirik. Çünki sosial ədalət pozulur. 600-700 manat əmək haqqı alan adam birdən-birə 150-200 manat alırsa, onun vəziyyəti yaxşı olmur. Yaşlı adamlardır, onların dərmana, müalicəyə ehtiyacları var, ailələrini saxlamalıdırlar. Prezidentin bu sərəncamı isə imkan verəcək ki, müəllimlər üçün bundan sonra müəyyən yaş senzi olsun. Yəni müəyyən yaşdan sonra müəllimlər təqaüdə getməli olacaq. Müəllimlərin sosial vəziyyəti yaxşılaşandan sonra yaş senzinin heç bir qorxusu və narahatçılığı olmayacaq”.
A. Məhərrəmov yaz senzinin təxminən 65-70 yaş müəyyənləşə biləcəyini qeyd edib.
Amma A. Məhərrəmov bu məsələdə müstəsna halların ola biləcəyini də söyləyib: “Yaradıcı müəllimlərlə müqavilə bağlayıb bir neçə il də iş müddətini artırmaq olar. Müəyyən yaş səviyyəsinin olmasına baxmayaraq, müəllim çox yaxşı fəaliyyət göstərirsə, bu halda onunla ilbəil müqavilə bağlanacaq”.

Oxşar yazılar
![Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ](https://lent.az/storage/news/2024/july/27/big/66a4adb3a06af66a4adb3a06b0172206840366a4adb3a06aa66a4adb3a06ad.jpg)
Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ
27 iyul 2024 , 12:18![Zaqatalada çaydan sel keçib](https://lent.az/storage/news/2024/july/27/big/66a49d5698a4a66a49d5698a4c172206421466a49d5698a4566a49d5698a48.webp)
Zaqatalada çaydan sel keçib
27 iyul 2024 , 11:08![Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/27/big/66a48a7f63f2466a48a7f63f26172205939166a48a7f63f1c66a48a7f63f21.webp)
Rayonlarda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
27 iyul 2024 , 09:48![Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?](https://lent.az/storage/news/2024/july/26/big/66a3b5d04bd3a66a3b5d04bd3b172200494466a3b5d04bd3466a3b5d04bd37.webp)
Bürclərin hansı gizli zəif cəhətləri yaşamağa mane olur?
27 iyul 2024 , 09:09![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)