BDU-da Konfutsiy İnstitutunun açılışı olub
0
0
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açılış mərasimindən sonra tədbir işinı böyük akt zalında davam etdirib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, institutun yaradılması Çin Xalq Respublikasının “Anhoy” Universiteti və Bakı Dövlət Universiteti arasında imzalanmış saziş əsasında reallaşıb. Sazişə əsasən, “Anhoy” Universiteti bu instituta hər il Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və dərs vəsaitləri, audiovizual materiallarla təmin edəcək. Bundan başqa, Konfutsiy İnstitutunun tələbələri hər il “Anhoy” Universitetində təcrübə keçəcəklər.
“Anhoy” Universitetinin prorektoru Nyu Liven təmsil etdiyi ali təhsil ocagı haqqında ətraflı məlumat verib. Onun sözlərindən məlum olub ki, Anhoy Universiteti son illər təhsilin beynəlmilləşdirilməsi istiqamətində beynəlxalq əlaqələrini genişləndirib, 90-a yaxın universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq müqaviləsi imzalayıb ki, həmin sırada Bakı Dövlət Universitet xüsusi yer tutur.
Qeyd edək ki, Çin dilinin yayılması üzrə Beynəlxalq Şuranın hesablamalarına görə artıq dünyada 40 milyon insan çin dilini öyrənir.