Komitə sədri tapşırıq verdi
0
0
Əmlak Məsələləri Dövlət Komitəsində 2011-ci ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası keçirilib. Lent.az-ın Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kollegiya iclasında çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib ki, 2011-ci ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə ümumilikdə 36,6 milyon manata yaxın vəsait ödənilib.
Dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə monitorinqlər keçirilib, 100-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkarlanıb. Belə hallarının qarşısının alınması məqsədi qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb. 2011-ci ilin birinci rübündə 30-a yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Nizamnamə kapitalında dövlətin payı olan 218 səhmdar cəmiyyətindən və idarəetmədə olan 88 dövlət müəssisəsindən balans hesabatları qəbul edilib. Dövlət müəssisəsi və təşkilatından 5380 xüsusi hesabatın alınması təmin olunub.
2011-ci ilin birinci rübündə respublika üzrə 28 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Hesabat müddətində 26 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb. Respublika ərazisində yeni formalaşdırılan irihəcmli daşınmaz əmlak obyektlərinin inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planları hazırlanıb. Dövlət mülkiyyətində olan daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülüb. Daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində daşınmaz əmlakın rəqəmli kadastr xəritələrinin hazırlanması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib. Bakı şəhərinin rayonlarının ünvan reyestrinin tərtibi və ünvan xəritələrinin hazırlanması istiqamətində tədbirlər görülüb.
Komitədə dövlət qulluqçularının peşəkarlığının artırılması, onların treninq və seminarlara, o cümlədən beynəlxalq layihələr çərçivəsində təlimlərə cəlb edilməsi istiqamətində də işlər görülüb.
İclasın sonunda komitə sədri tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurların və sənədləşdirilmələrin nəzarətdə saxlanılması, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da yaxşılaşdırılmasının nəzarətdə saxlanılması tapşırılıb. Daşınmaz əmlakın vahid kadastrının aparılması və rəqəmsal kadastr xəritələrinin yaradılması üzrə əsaslı tədbirlərin görülməsi, ünvan reyestrinin aparılması ilə bağlı ilkin məlumatların sistemləşdirilməsi və ünvan informasiya-axtarış bazasının yaradılması üçün tədbirlərin görülməsi və proqram təminatının hazırlanıb istifadəyə verilməsi də tapşırılıb. Eyni zamanda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə daxil olan müraciətlərə, ərizə və şikayətlərə mahiyyəti üzrə baxılmasında operativliyin artırılması, süründürməçilik hallarına yol verilməməsi, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacib olduğu qeyd edilib.