“Azərsu”dan xəbərdarlıq: “Sayğaca görə pul istənilməsi qanunsuzdur”
22 aprel 2011 15:13 (UTC +04:00)

“Azərsu”dan xəbərdarlıq: “Sayğaca görə pul istənilməsi qanunsuzdur”

0
Son vaxtlar su istehlakçıları tərəfindən “Azərsu” ASC-yə, onlardan sayğac quraşdırılması məqsədi ilə pul istənilməsi barədə çoxsaylı müraciətlər daxil olur. Lent.az-ın “Azərsu”nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aparılan araşdırmalar nəticəsində “Azərsu” ASC-yə aidiyyəti olmayan bəzi şəxslərin 20-30 manat müqabilində vətəndaşlara mənzillərində su sayğaclarının quraşdırılmasını təklif etdiyi məlum olub.

“Azərsu” ASC istehlakçıların nəzərinə çatdırır ki, abunəçilər üçün su sayğacları yerli Sukanal sahələrinin Metrologiya şöbələrinin əməkdaşları tərəfindən pulsuz quraşdırılır. Abunəçilərdən xahiş olunur ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli Sukanal sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.


Rayon Sukanal sahələrinin əlaqə telefonları:


Sabunçu Sukanal sahəsi 450-19-71, 450-17-85
Suraxanı Sukanal sahəsi 477-73-12, 477-90-47
Xəzər Sukanal sahəsi 454-08-13, 554-95-37
Nizami Sukanal sahəsi 570-15-60, 375-59-34
Nəsimi Sukanal sahəsi 498-00-85, 498-00-89
Səbail Sukanal sahəsi 492-44-47, 492-07-34
Yasamal Sukanal sahəsi 596-74-90, 495-35-12
Xətai Sukanal sahəsi 379-20-86, 372-00-20
Nərimanov Sukanal sahəsi 561-16-63, 562-48-74
Binəqədi Sukanal sahəsi 562-25-54, 562-89-63
Qaradağ Sukanal sahəsi 445-85-60, 445-07-27
Abşeron Sukanal İdarəsi 349-39-99, 342-12-57

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar