Yenə yağış yağacaq
0
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 22-dən 23-nə keçən gecə və səhər Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 23-də fasilələrlə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.