Bakıda “Orqan transplantasiyası və beyin ölümü Forumu” keçirilir
0
0
Lent.az-ın məlumatına görə, Forum AR Dövlət Neft Şirkətinin (ARDNŞ) maliyyə və təşkilati dəstəyi ilə baş tutub. Forumda ölkənin tibb ictimaiyyətinin, rəsmi orqanların nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, İran, Rusiya və bir sıra xarici ölkələrin yüksək ixtisaslı tanınmış tibb mütəxəssisləri də iştirak edirlər.
Forum iştirakçıları tədbirdən öncə Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra başlanan forumda F.Cavadovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Forumun davamında ARDNŞ-ın vitse-prezidenti Bədəl Bədəlov ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin forum iştirakçılarına müraciətini oxuyub. Daha sonra çıxış edən forumun sədri Rəşad Mahmudov forumun məqsəd və vəzifələri barədə məlumat veirb. O, həmçinin F.Cavadovla bağlı xatirələrini bölüşüb. R.Mahmudov vurğulayıb ki, F.Cavadovun rəhbərliyi ilə 13 insan üzərində yerli kadrlar vasitəsilə qaraciyər transplantasiyası olub.
“Transplantologiyanın inkişaf edərək güclənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Transplantologiya bu gün çox vacib bir problemlərdən biridir. Bu gün dünyada bir il ərzində 100 min insan transplantasiya vasitəsilə müalicə olunur. Transplantologiya sadəcə səhiyyənin problemi deyil, qanunlarla təsdiqlənən ictimai, dini milli dəyərlərin ortaya qoyulması, kadrların hazırlanmasını ortaya qoyan bir məsələdir” – deyə, Mahmudov bildirib.
Tədbirdə çıxış edən millət vəkilləri Ziyad Səmədzadə, Abel Məhərrəmov, ictimai xadimlər, xarici qonaqlar mərhumla bağlı xatirələrini və orqan transplantasiyası ilə bağlı fikirlərini bölüşüblər.
Forumun əsas müzakirə mövzuları xarici ölkələrdə orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən baxış və islam ölkələrində orqan bəxşi və digər məsələlər olacaq.
Tədbir çərçivəsində F.Cavadovun xatirəsinə həsr edilən “Fəxrəddin Cavadov fenomeni” adlı kitabın və “Dədə Qorqud” milli fondu tərəfindən təsis edilən “Azərbaycan dünyası” jurnalının xüsusi buraxılışlarının təqdimatı olacaq.
Forum sabah da davam edəcək.
Mübariz Aslanov