“Nataxtari”nin tərkibində boyaq maddələri aşkarlanıb
20 aprel 2011 14:11 (UTC +04:00)

“Nataxtari”nin tərkibində boyaq maddələri aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları alkoqolsuz içkilərin idxalı ilə məşğul olan “EVE-S” MMC-də dövlət nəzarəti həyata keçiriblər. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən olunub ki, müəssisə Gürcüstanda istehsal olunan müxtəlif həcmdə şüşə və polietilen qablara qablaşdırılan “Nataxtari” nişanlı tərxun, duşes və üzüm alkoqolsuz içkilərinin ölkəyə idxalı və satışı ilə məşğul olur.


İdxal olunan məhsullardan nümunələr götürülərək keyfiyyətinin və tərkibinin yoxlanılması məqsədi ilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına verilib. Aparılmış sınaq nəticələrinə əsasən məhsulun tərkibində markalanmasında göstərilməyən qida məhsulları üçün nəzərdə tutulmuş tartazin (E-102) və indiqokarmin (E-132) boyaq maddələri aşkar edilib.


Məlumat üçün bildirək ki, “E” markalı qida qatqıları üçün mövcud olan tələbə əsasən məhsul istehsalı zamanı bu maddələrdən istifadə olunduğu təqdirdə məhsulun markalanmasında qeyd olunmaqla istehlakçının məlumat alması təmin olunmalıdır. Aşkar edilmiş ilkin pozuntularla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761

Oxşar yazılar