Bakıda Beynəlxalq Nüvə İnformasiya Sisteminin təqdimatı keçiriləcək
19 aprel 2011 16:45 (UTC +04:00)

Bakıda Beynəlxalq Nüvə İnformasiya Sisteminin təqdimatı keçiriləcək

0
Aprelin 20-də saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Beynəlxalq Nüvə İnformasiya Sisteminin (İNİS) təqdimatı keçiriləcək.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2003-cü ildə institutun nəzdində MAQATE ilə birgə əməkdaşlıq çərçivəsində İNİS Mərkəzi yaradılıb və hazırda fəaliyyət göstərir.
Mərkəz MAQATE-nın mərkəzləşdirilmiş sistemi vasitəsi ilə dünyada olan bütün nüvə tədqiqatları sahəsi üzrə elmi yeniliklər barədə daimi məlumatlar alır və onu müvafiq ekspertlərlə bölüşməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar