DSMF-in strukturları arasında mini-futbol və şahmat turniri
0
0
Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol və şahmat turnirləri start götürüb.
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov Heydər Əliyevin xalqımız üçün əvəzolunmaz xidmətlərindən danışıb. Səlim Müslümov deyib ki, Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib. Bu diqqət və qayğının sayəsində Azərbaycanda idmanın inkişafı və kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək, dünya şöhrətli idmançılar hazırlamaq üçün mükəmməl zəmin yaranıb : “Bu gün Azərbaycanda idmanın qısa müddətdə belə surətli inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib”.
DSMF sədri bildirib edib ki, Fond Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Bunlardan biri də mini-futbol turniridir: “Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında rol oynayır”.
Qeyd edək ki, mini-futbol və şahmat turnirlərinin qalibləri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok və medallar təqdim ediləcək.