Qubada yaşayan dağ yəhudiləri “Peysax” bayramını qeyd edir
19 aprel 2011 15:12 (UTC +04:00)

Qubada yaşayan dağ yəhudiləri “Peysax” bayramını qeyd edir

0
Quba rayonu ərazisində “Qırmızı qəsəbə” adlanan ərazisində kompakt şəkildə yaşayan dağ yəhudiləri “Peysax” bayramını qeyd edir. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, dağ yəhudiləri bayram münasibətilə müxtəlif dini ayinlər icra edir. Bayram günlərində yəhudilər sinaqoqa gedərək dualar edir.

Qeyd edək ki, tarixi mənbələrdə yəhudilərin 3500 il əvvəl Misir fironunun 210 illik zülmündən xilas olması münasibətilə keçirilir. Baharın gəlişi ilə eyni zamanda xilas olan yəhudilər 8 gün Allaha dua edib və bu günləri milli bayram kimi qeyd etməyə başlayıblar. “Peysax” bayramının simvolu duzsuz, qurudulmuş çörəkdir. Ənənəyə görə, yəhudilər bayram günlərində yeganə un məmulatı kimi duzsuz, quru çörək “Matsa”dan istifadə etməlidirlər.

Qubada 3250 nəfər yəhudi yaşayır. Qırmızı qəsəbədə 2 sinaqoq fəaliyyət göstərir.

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1392

Oxşar yazılar