Azərbaycanda reklam polisi yaradıla bilər
0
0
Lent.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. Millət vəkili qeyd edib ki, bununla bağlı komitədə müvafiq müzakirələr aparılacaq.
“Nəzər alsaq ki, bu gün reklam bazarı önəmli əhəmiyyət daşıyır, o zaman ən azı reklamların dilində ciddi dəyişikliklər etmək lazımdır. Bu gün nümayiş olunan reklamların mahiyyətində, yazılış dilində və s. ciddi nöqsanlar var. Biz əgər iqtisadi inkişafımızla yanaşı, reklam sahəsində də dünya miqyasına çıxmaq istəyiriksə, mütləq bu mədəniyyəti inkişaf etdirməliyik”-deyə, J.Əliyeva vurğulayıb.
Onun sözlərinə görə, əgər bu işi uğurla həyata keçirə bilsə, o zaman Azərbaycan dünya praktikasında bu işə imza atmış ilk ölkə olacaq.
Mübariz Aslanov