Hüseyn Bağırov bir qrup jurnalistə sertifikat verdi
16 aprel 2011 14:47 (UTC +04:00)

Hüseyn Bağırov bir qrup jurnalistə sertifikat verdi

Lent.az-ın məlumatına görə, iməcilikdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov başda olmaqla nazirliyin əməkdaşları, media nümayəndələri o cümlədən ETSN-nin nəzdində yaradılmış “Jurnalistlərin ekologiya məktəbi”nin məzunları iştirak edib. Aksiya iştirakçıları 5 hektar sahədə 4000 ədəd sərv ağacı əkiblər. Tədbirin sonunda məktəbi bitirən jurnalistlərə H.Bağırov tərəfindən sertifikatlar təqdim olunub.


Xatırladaq ki, “Jurnalistlərin ekologiya məktəbi” 2010-cu ilin avqust ayında ETSN-nin nəzdində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər sahələrdə jurnalistlərin bilik və məlumatlılıqlarının artırılması məqsədilə yaradılıb. Ağacəkmə ilə bağlı iməciliklər Respublikanın bütün meşə təsərrüfatlarında, həmçinin Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarında da keçirilib.

Mübariz Aslanov/
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537

Oxşar yazılar