“My dream city” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib -
15 aprel 2011 15:30 (UTC +04:00)

“My dream city” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib -

0
Lent.az-ın məlumatına görə, dünən Nizami rayonu 1 saylı uşaqlar evində layihəyə start verilib. Layihə çərçivəsində rəsm müsabiqəsi keçirilib. Uşaqlar bacarıqlarını ortaya qoyaraq bir-birindən gözəl rəsm əsərləri çəkiblər.

Qeyd edək ki, layihənin birinci mərhələsində müsabiqədə iştirak edən rəsm əsərləri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçilərək www.mydreamcity.org saytına yerləşdiriləcək. Həmçinin, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin Azərbaycan haqqında çap etdirəcəyi kitabda müsabiqə zamanı çəkilən rəsmlərin toplusu da olacaq.

Qeyd edək ki, 1 saylı uşaqlar evi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilərək istifadəyə verilib.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar