Surroqat ana ilə bağlı müddəa qanun layihəsindən çıxarılıb
Azərbaycanda «Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında» qanun layihəsinin yeni variantının parlamentin yaz sessiyası ərzində müzakirəyə çıxarılması gözlənilir. Bu barədə APA-ya Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı məlumat verib.
Deputatın sözlərinə görə, qanun layihəsində xeyli dəyişiklik edilib. Başlıca dəyişiklik isə ilk müzakirələrdə onun özü də daxil olmaqla deputatlar tərəfindən etirazla qarşılanan iki məsələnin layihədən çıxarılmasıdır. Bunlar surroqat ana və sperma bankı ilə bağlı məsələlərdir.
«Bizdə hər iki məsələ ciddi narazılıq doğururdu. Təbii ki, milli mentalitetimiz və ailə adətlərimiz bu məsələlərə imkan vermir», - deyə deputat əlavə edib.
Millət vəkili yenidən işlənilən qanun layihəsinə ana və uşaq sağlamlığı ilə bağlı yeni məsələlərin salındığını da qeyd edib. Deputatın sözlərinə görə, hazırda Azərbaycanda doğularkən çəkisi 1 kq 600 qram olan uşaqlar vətəndaş hesab olunur. Dünyanın əksər ölkəsində isə bu hədd 600 qram götürülür: «Hesab edirəm ki, biz də bu həddi götürməliyik, qanun layihəsində bu məsələ də əksini tapacaq. Hazırda bu məsələ də müzakirə olunur. Mən şəxsən istərdim ki, Azərbaycanda da 600 qramlıq hədd götürülsün».

Oxşar yazılar

Bakının bu qəsəbəsi işıqsız qalacaq
10 iyul 2025 , 09:41
Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05