AŞ nümayəndəsi: “Quba soyqırımına hüquqi qiymət verilməlidir”
Bakıda təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Avropa Şurasının mədəniyyət və təbii irs üzrə bölməsinin direktoru Robert Palmer Qubada səfərdə olub. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, qonaq Quba Soyqrım Məzarlığında və dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı qəsəbəni ziyarət edib. O, Azərbaycandakı tolerantlığın bir sıra ölkələr üçün nümunə ola biləcəyini deyib. R.Palmer Qırmızı qəsəbədə dini icmanın üzvləri ilə görüşüb. O, milli azlıqların bərabər şəraitdə yaşadığı Quba rayonunun xüsusi maraq doğurduğunu qeyd edib.
Quba məzarlığını ziyarət edən AŞ-nın nümayəndəsinə ermənilərin 1918-ci ildə azərbaycanlılara və bu ərazidə yaşayan digər azsaylı xalqlara qarşı törətdiyi soyqırım haqqında məlumat verilib. R.Palmer Quba soyqırımına beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyini qeyd edib: “Bu məzarlıq insanlara qarşı soyqırım törədildiyinin sübutudur. Hesab edirəm ki, dünya ictimaiyyəti Qubada baş verən soyqrımdan xəbərdar olmalı və beynəlxalq qurumlar bu cinayətə hüquqi qiymət verməlidir. Çünki burada insanlar günahsız yerə qətlə yetirilib”.
Vəli Turan

Oxşar yazılar

Bakının bu qəsəbəsi işıqsız qalacaq
10 iyul 2025 , 09:41
Tezliklə arzularını reallaşdıracaq BÜRCLƏR
10 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
10 iyul 2025 , 08:20
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
9 iyul 2025 , 19:11
Məhəmməd Salah Bodrumda villa aldı: Dəyəri heyrətamizdir
9 iyul 2025 , 18:45
Yalnız bu BÜRCLƏR böyük dəyişikliklərin astanasındadır: siyahıda kimlər var?
9 iyul 2025 , 18:32
Bakıda motosiklet, skuter və velosiped sürücülərinə qarşı reyd - VİDEO
9 iyul 2025 , 17:05