Bakıya yağış yağacaq
13 aprel 2011 08:00 (UTC +04:00)

Bakıya yağış yağacaq

0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aprelin 13-nə olan hava proqnozunu açıqlayıb. Lent.az-ın məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-8 dərəcə isti, gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə aprelin 13-də şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək, bəzi yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 742

Oxşar yazılar