Cavid Mehrəliyev BDU-dan çıxarıldı - YENİLƏNİB
12 aprel 2011 17:01 (UTC +04:00)

Cavid Mehrəliyev BDU-dan çıxarıldı - YENİLƏNİB

Bu barədə APA-ya İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib: “Bu gün onun anası bizə zəng vurmuşdu, dedi ki, artıq Cavidin universitetdən xaric olunması haqda əmr veriblər”.
III kurs tələbəsi olan C. Mehrəliyevin universitetdən xaric edilməsinə səbəb onun çoxlu sayda dərs buraxması göstərilir.


BDU-nun Tarix fakültəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, C. Mehrəliyev İP-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvüdür. O, 2 aprel aksiyası zamanı polis tərəfindən saxlanılıb, iki gün sonra isə sərbəst buraxılıb.

Onu da əlavə edək ki, C. Mehrəliyev əvvəllər də iki dəfə universitetdən xaric edilib, sonra isə yenidən bərpa olunub.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə APA-ya C. Mehrəliyevin universitetdən qovulması ilə bağlı rəsmi məlumatı açıqlayıb. Onun sözlərinə görə, Tarix fakültəsinin əyani şöbəsinin III kurs tələbəsi olmuş C. Mehrəliyev 2009/2010-cu tədris ilinin I semestri ərzində üzrsüz səbəbdən dərs buraxıb və həmin tədris ilinin qış imtahan sessiyasında 5 fəndən akademik borcu qalıb. 01.07.2010-cu il tarixli əmrlə 15 sentyabr 2010-cu il tarixdə dərslərə başlamaq şərtilə təkrar kursda saxlanıldıqdan sonra da sistematik olaraq dərslərdə iştirak etmədiyinə, 2010/2011-ci tədris ilinin fevral-mart ayları ərzində üzrsüz səbəbdən 158 saat dərs buraxdığına, bununla da, universitet daxili nizam-intizam qaydalarını pozduğuna görə o, 5 aprel 2011-ci il tarixli əmrlə BDU-dan xarici edilib.

P. İbrahimova C. Mehrəliyevin BDU-dan xaric edilməsinin onun siyasi fəaliyyəti ilə qəti şəkildə bağlı olmadığını da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272

Oxşar yazılar