TQDK təcrübəli işçilər axtarır
11 aprel 2011 17:58 (UTC +04:00)

TQDK təcrübəli işçilər axtarır

Lent.az-ın məlumatına görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında çalışan dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə (2 nömrəli əlavə)
- ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)


Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 aprel 2011-ci il tarixdən 25 aprel 2011-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.


Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müraciət edilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525

Oxşar yazılar