Nuşirəvan Məhərrəmli: “Bu il yeni teleradio kanalı açılmayacaq”
0
0
Buna səbəb lisenziya müddəti bitən telekanallarla bağlı proseslərin iyun ayından aktiv fazaya daxil olacağıdır”. Bu sözləri APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. O bildirib ki, bu il əsas məsələlərdən biri telekanalların lisenziya müddətinin uzadılması ilə bağlı olduğundan bu prosesə daha ciddi hazırlaşmaq lazımdır: “Əvvəllər belə prosedur yox idi. İndi kanallara lisenziya vermək üçün hazırlıq iclasları keçiriləcək, sonra isə lisenziya veriləcək”.
Şura sədri bəyan edib ki, ölkədə yeni teleradio kanalının açılması gözlənilmir: “Bu il iki teleradio qurumu - fevral ayında “Mədəniyyət” kanalı, bu ay isə Araz radiosu fəaliyyətə başlayıb. Bu, çox böyük göstəricidir. Azərbaycan elə böyük ölkə deyil. Ölkədə artıq 9 ümumrespublika yayımçısı, bir peyk kanalı, 14 regional kanal var. Bunlar kiçik rəqəmlər deyil. İlin sonuna qədər yeni teleradio kanalının açılması müzakirə mövzusu deyil”.