“Azərbaycandakı əcnəbilərin 25 faizi əmək fəaliyyəti ilə məşğul olur”
08 aprel 2011 11:47 (UTC +04:00)

“Azərbaycandakı əcnəbilərin 25 faizi əmək fəaliyyəti ilə məşğul olur”

“Əcnəbi miqrantların Azərbaycana yalnız qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəldikləri barədə deyilənlər əsassızdır”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov keçirdiyi mətbuat konfransında bildirib.

A.Rəhimov deyib ki, Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin sayı maksimum 25 faiz təşkil edir. Digər əcnəbilər isə ya azərbaycanlılarla ailə qurub, ya turist kimi, ya da təhsil almaq və qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün gəlirlər. Xidmət rəisinin sözlərinə görə, əgər 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində ölkə vətəndaşları xaricə gedirdilərsə, indi əksinə, həmin insanların geri qayıtma prosesi müşahidə olunur. O bildirib ki, hər gün Azərbaycana 4-5 min əcnəbi vətəndaş gəlir və bir o qədər də əcnəbi vətəndaş ölkəmizi tərk edir. Ümumiyyətlə, hazırda ölkədə orta hesabla 450 min əcnəbi vətəndaş var: “Lakin onların sayını dəqiq demək mümkün deyil. Çünki bu rəqəm saatbasaat dəyişir. Həm gələnlər, həm də gedənlər olur”.

A.Rəhimov onu da vurğulayıb ki, Azərbaycana daha çox Rusiya və Gürcüstandan gəlirlər. Gələnlərin əksəriyyəti Azərbaycan mənşəli şəxslərdir. Üçüncü-dördüncü yerdə isə Türkiyə və İrandan gələn miqrantlar qərarlaşıblar: “Ümumiyyətlə, bu 4 ölkədən gələn miqrantlar Azərbaycana gələnlər miqranların 80 faizini təşkil edir. Qalan 20 faiz isə ABŞ, İngiltərə, MDB və digər ölkələrdən gəlirlər”.

Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar