Bakıda ABŞ universitetlərinin iştirakı ilə təhsil yarmarkası keçirilib - FOTO
0
0
Ali məktəbin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Lent.az-a verdiyi məlumata görə, aprelin 7-də universitetin İnformasiya Resurs Kompleksində (İRK) Amerika təhsil yarmarkası keçirilib. Yarmarka ABŞ Təhsil Qrupu və Bakı Təhsil Məlumat Mərkəzinin (BTMM) təşkilatçılığı ilə baş tutub.
Yarmarkada ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson, Amerika və Azərbaycan universitetlərini bitirən müxtəlif universitetlərin məzunları və tələbələr iştirak edib. Məzunlar bakalavr, magistr və aspirantura proqramları üzrə öz təcrübələrini bölüşüb.
Yarmarkada təmsil olunan universitetlərin nümayəndələri təhsil yarmarkasına gələn qonaqlara ABŞ-da təhsil imkanları barədə ətraflı məlumat verib. Təhsil yarmarkasında ABŞ-da təhsil almaq istəyən gənclər müxtəlif universitetlərin fəaliyyətini əks etdirən buklet və materiallarla tanış olublar.
Qeyd edək ki, sərgidə ABŞ-ın 9 ali təhsil ocağı, o cümlədən San-Dieqo, Kaliforniya-San Dieqo, Kolorado-Bulder universitetləri təmsil olunub.