DSMF-nin 1 825 333 sosial sığorta ödəyicisi var
Bu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 24 881 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev Lent.az-a bildirib ki, 2011-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 825 333 nəfərə çatıb. Sığortaolunanların 1 013 851 nəfəri kişi, 811 482 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 466 948 nəfərini əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 402 040 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 409 825 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 379 196 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 167 324 nəfər təşkil edir.
Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi şəxsi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Elxan SALAHOV

Oxşar yazılar

İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09