Tikinti materialları ilə bağlı yeni standartlar
05 aprel 2011 18:28 (UTC +04:00)

Tikinti materialları ilə bağlı yeni standartlar

0
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi Dövlətlərarası standartların Azərbaycan Respublikasında tətbiqini təsdiqləyib.
Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartların tətbiq vaxtı aprelin 20-dən müəyyən edilib.


Bunlar “QOST 11118-2009” (“Dövlətlərarası standart “Binaların xarici divarları üçün avtoklav çoxməsaməli betonlardan panellər. Texniki şərtlər”), “QOST 31416-2009” (Dövlətlərarası standart “Xrizotilsement boru və muftalar. Texniki şərtlər”), “QOST 10832-2009” (Dövlətlərarası standart “Köpürdülmüş perlit qırmadaş və qum. Texniki şərtlər”), “QOST 24211-2008” (Dövlətlərarası standart “İnşaat məhlulları və betonlar üçün əlavələr. Ümumi texniki şərtlər”), “QOST 25607-2009” (Dövlətlərarası standart “Avtomobil yolları və aerodromların örtükləri və bünövrələri üçün qırmadaş-çınqıl-qum qarışıqları. Texniki şərtlər”), “QOST 30459-2008” (Dövlətlərarası standart “İnşaat məhlulları və betonlar üçün əlavələr. Səmərəliliyinin müəyyən edilməsi və qiymətləndirilməsi”), “QOST 31167-2009” (Dövlətlərarası standart “Bina və qurğular. Təbii şəraitdə mühafizə konstruksiyaların havakeçirmə qabiliyyətinin təyin edilməsi üsulları”), “QOST 31251-2008” (Dövlətlərarası standart “Bayır tərəfdən xarici divarlar. Yanğın təhlükəsi üzrə sınaq metodları”), “QOST 9128-2009” (Dövlətlərarası standart “Yol, aerodrom asfaltbeton qarışıqları və asfaltbeton. Texniki şərtlər”) standartlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1102

Oxşar yazılar