Güclü külək Xaçmazı işıqsız qoyub
0
0
Bu gün güclü külək Xaçmazın elektrik təminatında problemlər yaranıb. Rayonun bəzi ərazilərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, yüksək gərginlikli elektrik xətlərində qəzalar baş verib.
Xaçmaz Regional Yüksək Gərginlikli Elektrik Şəbəkə rayonundan Lent.az-a verilən məlumata görə, baş verən qəzaların aradan qaldırılması istiqamətində qəza briqadaları çalışır. Problemin yaxın saatlarda aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Güclü külək həmçinin bəzi tikililərə də ziyan vurub.
Vəli Turan