Bakının ölüm qoxulu yolları...
0
0
Bakı ətrafındakı magistral yolların təmir olunması və ən yüksək standartlara cavab verməsi sürətsevərlərin də ürəyindən olub. Lent.az-ın məlumatına görə, “Aeroport” yolu kimi tanıdığımız magistralda, həmçinin yeni salan dairəvi yolun Yasamal və Qaradağ rayonları ərazisindən keçən hissəsində sürət həddinin 120 kilometrədək artırılmasına icazə verən işarələr var. Nəqliyyat Nazirliyi tərəfindən quraşdırılan bu elektron tablolar yolun əsas hissəsində sürətin əvvəlkindən 30 km/saatadək artırılmasına icazə verir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə isə sürücülərə cərimə göstərilən sürət həddi 10 km/saatı keçdikdən sonra tətbiq oluna bilər. Yəni sürücülər göstərilən 120 km/saatdan da yüksək sürətlə hərəkət edə bilərlər.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Kamran Əliyev də həmin yollarda sürücülərin sürətin saatda 129 kilometr saatadək artırıla biləcəyini və buna görə cərimə tətbiq olunmayacağını dedi: “Lakin sürət 130-a çatıbsa və bu rəqəmi keçibsə, bu, qaydanın pozulması deməkdir. İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə görə, sürət həddi göstəriləndən 10-30 km/saat artqdırsa, bu, qayda pozuntusu hesab olunur və müvafiq cərimə tətbiq olunur”.
Qeyd edək ki, son vaxtlar Bakıda ölümlə nəticələnən yol qəzalarının, xüsusi ilə də piyada vurulmalarının əksəriyyəti yuxarıda qeyd olunan yollarda baş verir. Həmin ərazilərdə xeyli piyada keçidlərinin yerləşdirilməsinə baxmayaraq, bəzi şəxslər həyatlarını təhlükəyə atmaqdan çəkinmir.
K.Əliyev isə piyadaların maarifləndirilməsi işinin daha geniş miqyas alacağını bildirir. Onun sözlərinə görə, aprelin 25-dən mayın 1-dək respublikada piyada həftəliyi keçiriləcək. Bu zaman piyadaların yol hərəkətinə əməl etməsi ilə bağlı reydlər, onların maarifləndirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Nizam RZA