Sosial yardım təyinatından imtinanın bir səbəbi
04 aprel 2011 18:18 (UTC +04:00)

Sosial yardım təyinatından imtinanın bir səbəbi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı sosial yardım alan ailələrin gəlirlərini, onların əmlak vəziyyətini və ailə tərkibi haqqında məlumatları özündə əks etdirən geniş məlumat bazası yaradılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, baza üzrə aparılmış təhlillər göstərir ki, ünvanlı sosial yardım üçün müraciət edən ailələr gəlirlərinin əsasən fərdi əməkdən formalaşdığını bildirərək şifahi məlumatlar təqdim edirlər. Bu isə ailələrin gəlirlərinin və sonda ünvanlı sosial yardımın məbləğinin düzgün hesablanmamasına gətirib çıxarır. Bununla əlaqədar fərdi əməklə məşğul üzvləri olan ailələrə müraciət edərək bildiririk ki, ünvanlı sosial yardım üçün müraciət zamanı həmin ailə üzvlərinin gəlirlərini təsdiq edən sənəd təqdim etməlidirlər.
Məqsəd ünvanlı sosial yardım üçün müraciət edən və gəlirlərinin fərdi əməkdən formalaşdığını bildirən ailələrin gəlirlərini düzgün müəyyən etməklə onlara hesablanacaq ünvanlı sosial yardımın məbləğinin dəqiq olmasıdır.

Nazirlikdə bildirirlər ki, son vaxtlar ünvanlı sosial yardım təyinatı ilə əlaqədar vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin təhlili göstərir ki, müraciətlərin çoxu əmək qabiliyyətli üzvlərinin üzrsüz səbəbdən işləməməsi və yaxud qeyri-rəsmi şəkildə fərdi əməklə məşğul olması barədə məlumat verdiklərinə görə sosial müdafiəsi mərkəzlərində fəaliyyət göstərən “Ünvanlı sosial yardım təyin edən Komissiya”lar tərəfindən sosial yardım təyin olunmasından imtina edilmiş ailələrdəndir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 628

Oxşar yazılar