“ARDNŞ-nin ərazilərindəki qanunsuz evlərin taleyi hökumətin qərarından asılıdır”
02 aprel 2011 13:41 (UTC +04:00)

“ARDNŞ-nin ərazilərindəki qanunsuz evlərin taleyi hökumətin qərarından asılıdır”

APA-ECONOMICS”in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. “Bilirsiniz ki, hökumətdə komissiya yaradılıb, bu məsələlərə baxılır. Hansı qərar qəbul olunsa, biz onu yerinə yetirəcəyik. Hökumətin qərarını gözləyirik”, - deyə ARDNŞ prezidenti vurğulayıb.

Qanunsuz tikililər neft şirkətinə məxsus neftlə çirklənmiş ərazilərdə, hətta mədənlərdə də tikilib. Bu tikililərin hamısının qanunsuz olduğunu bildirən ARDNŞ rəhbəri qeyd edib ki, yalnız Neft Şirkətinin razılığı ilə inşa olunmuş tikililər qanuni sayılır: “Hansı tikililərin sənədi var, Dövlət Neft Şirkətinin icazəsi ilə tikilibsə, onu qanuni sayırıq. Hazırda şirkət bunun qarşısını alır. Maksimum dərəcədə çalışacağıq ki, heç olmasa texnoloji işlərin həyata keçirilməsinə mane olan tikililəri sökək. Ümumilikdə isə bütün bu məsələlər hökumətin qanunsuz tikililərlə bağlı qərarına uyğun həll olunacaq”.

Bununla yanaşı, ARDNŞ prezidenti bu ərazilərdə tikilən evlərin ilk növbədə sakinlərin özü üçün təhlükəli olduğunu bildirib: “Bir şeyi başa düşmək lazımdır ki, neft quyusunun yanında ev tikilməsi nə qədər təhlükəlidir, digər tərəfdən, ekoloji cəhətdən orda yaşamaq nə qədər mümkündür. Ola bilər ki, orda yaşayanlar bunu başa düşmürlər, amma bu vəziyyət həmin ailənin genofonduna, onu nəslinə ziyandır”.

R. Abdullayev bildirib ki, bu ərazilərdəki yaşayanların təhlükəsizliyinə heç kim təminat vermir: “Allah eləməsin, hər şey ola bilər. Bəzən quyularda müxtəlif proseslər gedir, hər şey mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar