Məcburi köçkünlərin yaşayış məntəqələri üzrə MKİS-lər yaradılacaq
01 aprel 2011 17:00 (UTC +04:00)

Məcburi köçkünlərin yaşayış məntəqələri üzrə MKİS-lər yaradılacaq

0
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilib.

Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliklərdə qeyd olunur ki, 2008-2010-cu illərdə məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış məntəqələrinin və 2011-ci ildə istismara qəbul ediləcək yaşayış məntəqələrinin yerləşdiyi şəhər və rayonlar üzrə mənzil-kommunal istismar sahələri yaradılsın.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı əlavə edilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yeni yaradılacaq mənzil-kommunal istismar sahələrinin fəaliyyətinin təşkili 2011-ci ilin dövlət büdcəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə “Mənzil və kommunal təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin tabeliyində yaradılan mənzil-kommunal istismar sahələrinin şəhər və rayonlar üzrə siyahısı da açıqlanıb:
1. Bakı şəhəri, Binəqədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
2. Yevlax şəhəri Mənzil-Kommunal İstismarı Sahəsi
3. Abşeron rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
4. Ağcabədi rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
5. Qəbələ rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
6. İsmayıllı rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
7. Göygöl rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
8. Şabran rayonu Mənzil-Kommunal İstismarı Sahəsi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1160

Oxşar yazılar