Əhalinin su borcları silinəcək
“APA-ECONOMICS”in xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonunun Zabrat qəsəbə sakinləri ilə görüşündə bəyan edib. Dövlət başçısı bildirib ki, içməli su ilə bağlı keçmişdən yığılmış borclar var: “Mən bilirəm ki, o borcların ödənilməsində müəyyən problemlər var. Çünki bəzi hallarda o borclar düzgün hesablanmayıb və əhaliyə tətbiq olunan cərimələr də bəzi hallarda əsassızdır. Ona görə mən Nazirlər Kabinetinə göstəriş vermişəm ki, məsələyə baxsınlar və biz əvvəlki dövrdə yaranmış borcları silək”.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi proqramının qəbul və icra edilməsi üçün dövlət büdcəsinə düzəlişlər ediləcəyini vurğulayıb. O, eyni zamanda sənədsiz evlərin qeydiyyatı və qəsəbələrin kanalizasiya problemlərinin də həll olunacağını qeyd edib.

Oxşar yazılar

Saç tökülməsinin inqilabi həlli: dərman və ya saç əkimi tələb olunmur
27 iyul 2025 , 16:31
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
27 iyul 2025 , 16:07
"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ
27 iyul 2025 , 16:03
Yapon qadınlarından ömür uzunluğuna görə yeni dünya rekordu
27 iyul 2025 , 15:35
"Qara siyahılar və səfərbərlik": Rusiyada kişiləri evlənməyə belə məcbur edəcəklər
27 iyul 2025 , 14:38
Sabah çimərliklərdə hava necə olacaq? - AÇIQLANDI
27 iyul 2025 , 12:21
Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
27 iyul 2025 , 11:51