Müdafiə Nazirliyində qaynar xətt yaradıldı
01 aprel 2011 10:32 (UTC +04:00)

Müdafiə Nazirliyində qaynar xətt yaradıldı

Hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər həyata keçirilir.


Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun Lent.az-a verdiyi məlumata görə, ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması bu prosesdə başlıca məsələ kimi diqqət mərkəzində durur. Bu məqsədlə nazirliyin təşkilat səfərbərlik idarəsində «qaynar xətt» yaradılıb. Həmçinin çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları “qaynar xəttin” bu telefon nömrələrinə 438-61-10, 439 90 28, 439 23 55 zəng edə bilərlər.

Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən «etimad xəttinin» telefon nömrələrinə 438-61-31, 438 61 74, 439 23 76 zəng etmələri xahiş olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1396

Oxşar yazılar