Azərbaycanda şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu ixtira olunub
31 mart 2011 15:35 (UTC +04:00)

Azərbaycanda şəkərli diabet hüceyrələrini məhv edən qida məhlulu ixtira olunub

0
Şəkərli diabet hüceyrələrini məhv edən mürəkkəb biokimyəvi və biofiziki xüsusiyyətə malik AÇZP tərkibli yeni vitamin birləşməsi olan qida məhlulu ixtira olunub.

“Nizami A.S” Kiçik Müəssisəsinin nəzdindəki elmi-təcrübə sınaq laboratoriyasının baş texnoloqu, ixtiraçı Çimnaz Əliyeva Lent.az-a bildirib ki, yeni AÇZP vitamin birləşməsi hormon və fermentlərə xarakterik, neon xüsusiyyətli özünəməxsus forma və xüsusiyyətləri olan müstəqil kimyəvi məhluldur. Onun sözlərinə görə, bu qida məhlulunun üzərində 1988-ci ildən işlənməyə başlanıb. 1999-cu ildən isə laboratoriya şəraitində intensiv sınaqlar aparılıb və 2004-cü ildən dövlət qeydiyyatından keçərək sertifikatlaşdırılıb. Bu məhlul 2008-ci ildə “Nizami A.S” Kiçik Müəssisəsinin nəzdində elmi-təcrübə sınaq laboratoriyasında sınaqdan keçirilib. Hazırda bu istiqamətdə araşdırmalar davam edir.

Çimnaz Əliyeva onu da bildirib ki, ixtira sənədləri Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1049

Oxşar yazılar