“Magistratura və aspiranturada oxumaq istəyənlərə hərbi xidmətdən möhlət verilməməsi bizi çox narahat edir”
31 mart 2011 14:47 (UTC +04:00)

“Magistratura və aspiranturada oxumaq istəyənlərə hərbi xidmətdən möhlət verilməməsi bizi çox narahat edir”

“Magistratura və aspiranturaya qəbul olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi bizi çox narahat edir. Yaxın vaxtlarda dövlət səviyyəsində bu istiqamətdə müəyyən əməli addımlar atılacaq”.


APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, əvvəllər tələbələr bakalavr, magistr və aspirantura pilləsində əsgərliyə aparılmırdı. Son vaxtlar isə gənclər yalnız bakalavr pilləsində hərbi xidmətə çağırılmırlar. Magistr və aspirantura pilləsində isə gənclər əsgərliyə aparılır: “Biz belə hesab edirik ki, gənclərin magistr və aspirantura pilləsində də hərbi xidmətdən azad olmaları daha yaxşı olar. Çünki bu, ilk növbədə elmin inkişafına müəyyən əngəllər törədir. Tələbələr əsgərliyə getməklə təhsildən ayrılırlar. Qayıtdıqda isə çalışırlar ki, qiyabi təhsil alsınlar. Qiyabi təhsillə isə elmin zirvəsinə çatmaq olmaz. Bu məsələ ilə bağlı narazılığım var. Bu barədə rəsmi məlumat da hazırlamışam, müəyyən ali strukturlara göndərəcəyəm. Parlamentə də artıq göndərilib. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsa, Azərbaycanda elmin, təhsilin səviyyəsi yüksələr”.


A. Məhərrəmovun sözlərinə görə, magistratura və aspiranturaya daxil olmaq istəyən gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsini bu il reallaşdırmağa çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220

Oxşar yazılar