Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq
29 mart 2011 17:56 (UTC +04:00)

Jurnalistlərin kütləvi aksiyaları işıqlandırmalarının monitorinqi aparılacaq

0
Kütləvi aksiyalarda jurnalistlərin sərbəst informasiya almaları məsələsi martın 28-də Daxili İşlər Nazirliyində baş tutan görüşdə müzakirə edilib. Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, görüşdə bunun monitorinqini aparmaq məqsədilə vaxtilə Mətbuat Şurasının nəzdində yaradılmış, jurnalistlərdən və hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrupun fəaliyyətinin bərpası barədə də razılığa gəlinib.


Qeyd edək ki, Mətbuat Şurası martın 26-da “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevlə əlaqədar insidentin araşdırılması üçün daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Martın 28-də Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev və Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı daxili işlər naziri Ramil Usubovla görüşüblər.


Görüşdə jurnalistlərin kütləvi aksiyalar zamanı peşə vəzifəsini yerinə yetirmələri üçün onlara zəruri şəraitin yaradılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, icazəli, yaxud icazəsizliyindən asılı olmayaraq KİV təmsilçilərinin bütün aksiyalara üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə qatılmaları məqsədəuyğundur. Fərqləndirici geyimdə olan jurnalistlərin hər hansı insidentlə, yaxud maneələrlə üzləşdiyi təqdirdə monitorinq qrupu bu halla bağlı operativ araşdırmaların aparılmasını və zəruri ölçü götürülməsini təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar