Sabah həkimlərin imtahanıdır
0
0
Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə sabah növbəti test imtahanı keçirəcək.
Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, sertifikasiya prosesi çərçivəsində sayca 10-cu olan bu imtahanda laboratoriya işi və nefrologiya ixtisası üzrə orta və ali təhsilli tibb işçiləri iştirak edəcək. Saat 10.00-da başlayacaq imtahan nazirliyin Tibbi Kitabxanasının binasında (Şərifzadə küçəsi-196 ünvanda) keçirilir.
Xatırladaq ki, imtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlərin praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.
Elxan SALAHOV