Azərbaycanın dağ çaylarında sululuq artır
28 mart 2011 15:03 (UTC +04:00)

Azərbaycanın dağ çaylarında sululuq artır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, son günlər temperatur rejiminin yüksəlməsi və alçaq dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində dağ çaylarında sululuğun artımı müşahidə olunub.


Hazırda Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 170-200, Quba-Xaçmaz bölgəsi çaylarında 90-220, Lənkəran-Astara bölgəsi çaylarında 150-200, Kiçik Qafqazın çaylarında isə ongünlük normanın 90-135 faizini təşkil edir.


Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 283 m3/san, yəni ongünlük normanın 93 faizini (2010-cu ildə 450 m3/san olmaqla ongünlük normanın 148 faizi), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 100 m3/san, yəni ongünlük normanın 89 faizini (2010-cu ildə 114 m3/san olmaqla ongünlük normanın 102 faizi) təşkil edir. Surra məntəqəsində suyun hazırkı səviyyəsi 640 sm (28 mart 2010-cu il tarixdə səviyyə 731 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm); Şirvanda 556 sm (28 mart 2010-cu il tarixdə səviyyə 635 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm); Salyanda 480 sm (28 mart 2010-cu il tarixdə səviyyə 656 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm); Bankədə 341 sm (28 mart 2010-cu il tarixdə səviyyə 410 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm); Araz çayının Novruzlu məntəqəsində isə 353 sm (28 mart 2010-cu il tarixdə səviyyə 474 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar