Saatlarınızı çəkməyi unutmayın
26 mart 2011 19:00 (UTC +04:00)

Saatlarınızı çəkməyi unutmayın

Bu gecə Azərbaycan yay vaxtına keçir. Nazirlər Kabinetinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, martın 27-də saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq.


Xatırladaq ki, Azərbaycanda yay vaxtına keçid Nazirlər Kabinetinin qərarı əsasında 17 mart 1997-ci ildən həyata keçirilir. Nazirlər Kabinetinin qərarına əsasən, martın son bazar gününə keçən gecə Azərbaycan yay vaxtına keçir və saatlar bir saat qabağa çəkilir. Oktyabrın son bazar gününə keçən gecə isə qış vaxtına keçir olur və saatlar bir saat geri çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar