Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günləri də ağac əkib
26 mart 2011 18:34 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bayram günləri də ağac əkib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisələri, o cümlədən “Azəryaşlandşaf” ASC-nin əməkdaşları tərəfindən bayram günlərinin olmasına baxmayaraq respublikanın bütün bölgələrində meşə əkini işləri intensiv olaraq davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu ilin mart ayının 17-də yaz əkini mövsümünə start verilməsindən keçən qısa müddət ərzində ümumilikdə respublika üzrə 730 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb, Bakı şəhəri və onun ətrafındakı 120 hektar sahədə isə 170 min ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
.
Xatırladaq ki, martın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkini mövsümünə başlanılması ilə əlaqədar geniş müşavirə keçirilib. Müşavirədə Nazirliyin aidiyyəti struktur bölmələrinə respublika ərazisində yaz əkini mövsümündə aparılan meşə əkini və yaşıllaşdırma işlərinin qısa müddətdə başa çatdırılması tapşırılıb. Hazırda yaşıllaşdırma işləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar