Qanunsuz ov edənlərin tüfənglərini alıblar
26 mart 2011 16:12 (UTC +04:00)

Qanunsuz ov edənlərin tüfənglərini alıblar

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən 11-19 mart tarixlərində ölkə ərazisində “Ovçuluq haqqında” qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Samux Ovçuluq Təsərrüfatı ərazisində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan Goranboy rayon Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılıb və ondan 1 ədəd ov tüfəngi və 1 patron götürülüb.

Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

Qax rayonu Cəlayir kəndinin “Qovra” adlanan sahəsində qanunsuz ovla məşğul olan Qax rayonu Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılaraq ondan 1 ədəd ov tüfəngi götürülüb. Həmin şəxs barəsində müvafiq akt və protokol tərtib olunub, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

Şirvan Milli Parkının ərazisində də qanunsuz ovla məşğul olan Salyan rayon Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanılıb. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülüb. Həmin şəxs barəsində akt və protokol tərtib edilib və 1000 manat məbləğində cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 923

Oxşar yazılar