Bayram günlərində ölkədə 730 hektar ərazi yaşıllaşdırılıb
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 17-də yaz əkini mövsümünə start verilməsindən keçən qısa müddət ərzində ümumilikdə respublika üzrə 730 hektar ərazidə yaşıllaşdırma işləri aparılıb. Bakı şəhəri və onun ətrafındakı 120 hektar sahədə isə 170 min ədəd müxtəlif cinsli ağac və kol bitkisi əkilib.
Qeyd edək ki, martın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaz əkini mövsümünə başlanılması ilə əlaqədar geniş müşavirə keçirilib. Müşavirədə Nazirliyin aidiyyəti struktur bölmələrinə respublika ərazisində yaz əkini mövsümündə aparılan meşə əkini və yaşıllaşdırma işlərinin qısa müddətdə başa çatdırılması tapşırılıb.
Hazırda yaşıllaşdırma işləri davam etdirilir.

841