Mil-Muğan Meşə Meliorasiya İdarəsi cəzalandırılır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Saatlı rayonu ərazisində ağacların qanunsuz kəsilməsilə əlaqədar daxil olmuş şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırma zamanı Saatlı rayonun Bəylər kəndində yerləşən “Sərin” restoranının ərazisində Mil-Muğan Meşə Meliorasiya İdarəsinə aid meşə sahəsində yaş köküstə, müxtəlif diametrli 5 ədəd göyrüş, eləcə də yol kənarında müxtəlif vaxtlarda 7 ədəd söyüd və 8 ədəd müxtəlifcinsli ağacların kəsildiyi müəyyən edilib.
Faktla bağlı protokol tərtib olunub və təbiətə dəymiş ziyana görə Mil-Muğan Meşə Meliorasiya İdarəsinə qarşı inzibati tədbirlər həyata keçirilir.
Faktla bağlı protokol tərtib olunub və təbiətə dəymiş ziyana görə Mil-Muğan Meşə Meliorasiya İdarəsinə qarşı inzibati tədbirlər həyata keçirilir.
709