Nar Mobile xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirdi
18 mart 2011 11:55 (UTC +04:00)

Nar Mobile xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi keçirdi

Nar Mobile Bakı şəhərində yerləşən bir neçə uşaq evindən gəlmiş 300-dən çox balacanı uşaqların ən sevimli əyləncə məkanlarından biri olan delfinaridə bir araya toplayaraq, onlara sevinc dolu unudulmaz anlar bəxş edib. Delfinlərin və müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə keçirilən tədbir çox rəngarəng və maraqlı alınıb. Tədbirin sonunda isə uşaqlara Novruz sovqatı – bayram şirniyyatları və digər dadlı təamlar təqdim edilib.

Sosial layihələri ilə seçilən Nar Mobile ölkəmizin gələcəyi olan uşaqları hər zaman diqqət mərkəzində saxlayır, onlara qayğı göstərir. Sosial müdafiəyə ehtiyacı olan uşaqları dəstəkləmək, onlar üçün daim yeni-yeni tədbir və aksiyalar keçirmək Azerfon MMC-nin Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsidir. Məhz bu siyasətin nəticəsi olaraq Nar Mobile brendi 2010-cu ildə “Xalqın seçimi” nominasiyasında mükafata layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083

Oxşar yazılar