Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bayram günlərində xüsusi rejimdə işləyəcək
0
0
Azərbaycanda 19-27 mart tarixlərində qeyd ediləcək Novruz bayramında telekommunikasiya, poçt, radio-televiziyanın dayanıqlı və keyfiyyətli işi üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, qeyd olunan günlərdə rabitənin fasiləsizliyinin təmin edilməsi üçün qazıntı və təmir-tikinti işlərinin dayandırılmasına dair aidiyyəti birlik və müəssisələrə tapşırıqlar verilib.
Eyni zamanda nazirliyin aparatında, birlik və müəssisələrdə növbətçilik təşkil edilib, poçt şöbələrinin iş rejiminə dair tənzimləyici qrafik tərtib olunub.