Vergilər Nazirliyinin ümumi ştat sayı artırıldı
Nazirlər Kabineti Vergilər Nazirliyinin ştat sayı haqqında qərar verib. Lentaz-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, Vergilər Nazirliyinin ümumi ştat sayı 200 vahid artırılaraq, cəmi 2119 vahid, o cümlədən aparatının ştat sayı 10 vahid artırılaraq, 262 vahid müəyyən edilsin.
Maliyyə Nazirliyi və Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılır.
Maliyyə Nazirliyi və Vergilər Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılır.
723