Hava dumanlı olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6, gündüz 11-16 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, martın 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tibbi meteoroloji proqnozu da açıqlayıb. Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti əksər meteohəssas insanlarda xoş əhval-ruhiyyə yaradacaq.

642