Dövlət Komitəsində “Qaynar xətt” yaradıldı
17 mart 2011 18:19 (UTC +04:00)

Dövlət Komitəsində “Qaynar xətt” yaradıldı

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, stasionar və mobil telefonlardan “963” yığmaqla birbaşa Komitənin “Qaynar xətt”inə müraciət daxil olur. “Qaynar xətt” rabitə əlaqəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək, eləcə də məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin gücləndirilməsi, istehlakçılarla bu sahələrdə əlaqələrin genişləndirilməsi, istehsal, xidmət, ticarət sahələrində rast gəlinən nöqsan və çatışmazlıqların aradan qaldırılmasında çevik təsir mexanizminin yaradılması, həmçinin neqativ hallara dair operativ məlumat mübadiləsinin təmin olunması məqsədilə əhalinin müraciət və sorğularının cavablandırılması üçün tətbiq edilib.

Komitə “963” "Qaynar xətt" vasitəsilə standartlaşdırma, metrologiya və istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar hüquq pozuntuları və bu sahədə digər narahatedici hallar barədə məlumatları qəbul edir. Daxil olan məlumatlar (şikayət və müraciətlər) məsul şəxs tərəfindən dərhal araşdırılması üçün Komitənin aidiyyatı struktur bölmələrinə ötürülür və müvafiq qaydada icra olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1322

Oxşar yazılar