Xarici QHT-lərin Azərbaycanda fəaliyyəti üçün tələb olunan şərtlər
17 mart 2011 12:21 (UTC +04:00)

Xarici QHT-lərin Azərbaycanda fəaliyyəti üçün tələb olunan şərtlər

Nazirlər Kabineti “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması üçün danışıqların aparılması və bağlanması Qaydaları”nı təsdiq edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Qaydalara əsasən, filial və ya nümayəndəliyin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı sazişin hazırlanması məqsədilə danışıqların başlanması üçün təşkilatın səlahiyyətli nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir.


Sənəddə xarici QHT-lərin qarşısına bir sıra şərtlər qoyulub. Bura Azərbaycan Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməmək, o cümlədən separatçı Dağlıq Qarabağ rejimi ilə əlaqələr qurmamaq, siyasi və dini təbliğatla məşğul olmamaq, qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestri üçün zəruri olan məlumatları qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim etmək daxildir.


Danışıqlar zamanı, həmçinin, tərəflərin səlahiyyətlərinə aid olan və ya qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə oluna bilər. Danışıqların nəticəsi kimi Ədliyyə Nazirliyi ilə həmin təşkilat arasında bağlanmış sazişdən sonra müəyyən olunmuş müddətdə və qaydada filial və ya nümayəndəliyin dövlət qeydiyyatı həyata keçiriləcək.

Qaydalarda xarici QHT-nin filial və nümayəndəlik açması üçün təqdim edəcəyi sənədlər barədə məlumatlar da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669

Oxşar yazılar