
Bakıda 2 uşaq bağçası yenidən istifadəyə verilib - FOTO
Hər iki tərbiyə müəssisəsinin açılış mərasimində təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva da iştirak edib. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a bildirib ki, Nəsimi rayonundakı 76 və Xətai rayonundakı 288 saylı uşaq bağçası prezident İlham Əliyev tərəfindən məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmir və yenidənqurması işlərinə ayrılan vəsait hesabına təmir edilib. İlk olaraq 76 saylı uşaq bağçasının əsaslı təmirdən sonrakı açılış mərasimi keçirilib. Bağçanın müdiri Xanım Eldarova qonaqlara bağça və onun təmiri, öncəki çatışmazlıqlar, hazırkı vəziyyət və qruplarla bağlı ətraflı məlumat verərək deyib ki, müəssisədə ümumilikdə 220 yerlik 10 qrup var. Həmin qruplardan 1-i körpə, 1-i qarışıq, 3-ü orta, 3-ü böyük, 2-si isə məktəbəhazırlıq qrupudur.
Xətai rayonundakı 288 saylı körpələr evi isə 220 yerlikdir. Bu müəssisədə 12 qrup fəaliyyət göstərir. Həmin qruplardan isə 2-si körpələr, 3-ü orta, 3-ü böyük, 4-ü isə məktəbəhazırlıq qrupudur. Açılış mərasimində qonaqlar bağçadakı qrupların, mətbəxin və digər otaqların təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Elxan SALAHOV
Xətai rayonundakı 288 saylı körpələr evi isə 220 yerlikdir. Bu müəssisədə 12 qrup fəaliyyət göstərir. Həmin qruplardan isə 2-si körpələr, 3-ü orta, 3-ü böyük, 4-ü isə məktəbəhazırlıq qrupudur. Açılış mərasimində qonaqlar bağçadakı qrupların, mətbəxin və digər otaqların təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Elxan SALAHOV
Oxşar yazılar

Tələbə krediti kimlərə verilir? - CAVAB
1 sentyabr 2025 , 09:38
Tezliklə bu BÜRCLƏRİN küçəsində şənlik olacaq
1 sentyabr 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 sentyabr 2025 , 08:22"Naxtel" fəaliyyətini dayandırır – Abunəçilərə rəsmi müraciət
1 sentyabr 2025 , 01:15
Bağçalara növbəyə yazılma prosesi bu gündən müvəqqəti dayandırıldı
1 sentyabr 2025 , 00:06
Bakını toz duman bürüdü: nə qədər davam edəcək?
31 avqust 2025 , 19:37
Avtomobili neçə il sürəndən sonra satmaq lazımdır? - DƏQİQ VAXT
31 avqust 2025 , 19:25