Nazirlik: Dağ çaylarında sululuq normadan yüksəkdir
16 mart 2011 16:47 (UTC +04:00)

Nazirlik: Dağ çaylarında sululuq normadan yüksəkdir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarımızda və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mart ayının ikinci ongünlüyünün əvvəllərində yağan yağıntılarla əlaqədar dağ çaylarında normadan yüksək sululuq müşahidə olunur.


Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında sululuq ongünlük normanın 230-285, Kiçik Qafqaz çaylarında 80-120, Quba-Xaçmaz bölgəsi çaylarında 80-170, Lənkəran-Astara bölgəsi çaylarında 95-130, Naxçıvan Muxtar Respublikası çaylarında isə 50-60 faizini təşkil edir.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 181 m3/san, yəni ongünlük normanın 68 faizini (2010-cu ildə isə 638 m3/san olmaqla, ongünlük normanın 239 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 94 m3/san, yəni ongünlük normanın 100 faizini ( 2010-cu ildə isə 98 m3/san olmaqla, ongünlük normanın 104 faizini) təşkil edir.


Hazırda Surra məntəqəsində suyun səviyyəsi 614 sm (14 mart 2010-cu il tarixdə səviyyə 665 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 955 sm), Şirvanda 520 sm (14 mart 2010-cu il tarixdə səviyyə 573 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 853 sm), Bankədə 341 sm (14 mart 2010-cu il tarixdə səviyyə 384 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 503 sm), Salyanda 466 sm (14 mart 2010-cu il tarixdə səviyyə 590 sm; 18 may 2010-cu il tarixdə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 347 sm (14 mart 2010-cu il tarixdə səviyyə 405 sm; 21 may 2010-cu il tarixdə maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604

Oxşar yazılar